Jurnal öz sağlamlığını və gözəlliyini qiymətləndirən 25 yaşda və bundan çox olan qadınlar və kişilər üçün nəzərdə tutulmuşdur.

Jurnal iki əsas hissədən ibarətdir:

Art of Beauty”nin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş ümumi hissəsındə  Estetik tibb sahəsi, üzə və bədənə qulluq üzrə aparıcı mütəxəssislərin məsləhətləri, yeni məhsullar və şəhərimizin yeni gözəllik salonları, həmçinin cəlbedici eksklüziv layihələr haqda bir çox maraqlı və faydalı informasiya aydın və dəqiq izah olunur.

Art of Beauty”nin MEDICAL adlanan peşəkarlıq hissəsi Estetik tibb sahəsinin mütəxəssisləri üçün nəzərdə tutulmuşdur ki, burada da Estetik tibb üzrə azərbaycanlı və əcnəbi müəlliflərin, mütəxəssislərin elmi tədqiqatları və əldə edikləri son nailiyyətlər, bu sahədəki praktik işləmələri ətraflı işıqlandırılır, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda professional sahədə baş verən hadisələrin ekspress-informasiyası, proqramları verilir.

Jurnalın daimi bölmələri Azərbaycan kosmetik aləminin peşəkar həyatını və bazarda yeni məhsulların meydana çıxmasının dinamikasını işıqlandırır.

Daimi bölmələrlə yanaşı Art of Beauty peşəkarlar və geniş oxucu auditoriyaları üçün eksklüziv və cəlbedici layihələr də təqdim edir.

 

  • İnyeksiya kosmetologiyası
  • Plastik cərrahiyyə
  • Aparat kosmetologiyası
  • Anti-age tibbi
  • Kosmesevtika
  • Dermatologiya
  • Endikronologiya
  • Nevrologiya
  • Psixologiya
  • Elmi tədqiqatlar
  • Ümumi məsələlər
  • Mədəniyyət
  • Dəb

 

Xüsusi olaraq jurnalın oxucuları üçün hər nömrədə məhşur dövlət, iş adamları ilə söhbət, sənətçilər ilə fotossesiya, plastik cərrahiyyə və bütövlükdə Kosmetologiya sahəsində bütün dünyada tanınan mütəxəssislərlə müsahibələr;  aparıcı estetik şirkətlərin ekspertlərinin, Beauty Aesthetics şirkətinin Bakıda təşkil etdiyi ustad dərslərinə gələnlərin eksklüziv açıqlamaları təqim olunur.

Jurnal iki dildə

Azərbaycan və rus dillərində nəşr olunur

Nəşri

3 ayda bir dəfə (rüblük)

Tirajı

7000 nüsxə.

Yayılma məntəqələri
Estetik mərkəzlər, klinikalar, özəllik salonları, CPA və fitnes-mərkəzlər, müalicə-profilaktika müəssisələri, iri dövlət müəssisələri, səfirliklər, banklar, biznes-mərkəzlər, otellər, kiosklar, həmçinin abunə üzrə sərgilərə, konqreslərə, konfranslara, simpoziumlara, ETC üzvlərinə göndərilir.

Templates WordPress